Modern.az

Əldə etdiyimiz uğurlar Ulu Öndərin adı ilə bağlıdır - Sahibə Qafarova

Əldə etdiyimiz uğurlar Ulu Öndərin adı ilə bağlıdır - Sahibə Qafarova

16 May 2023, 11:20

"Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu. Azərbaycanın əldə etdiyi bir çox uğur Ulu Öndərin adı ilə bağlıdır".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

 

“Bütün sahələrdə quruculuq işləri geniş vüsət aldı. Gələcək müstəqil Azərbaycanın zəngin iqtisadi potensialı yaradıldı. Ulu Öndər hakimiyyətə gəldikdən sonra ölkədə çoxpartiyalılıq yarandı”, - deyə spiker bildirib.

 

Qeyd edək ki, bu gün Milli Məclisin xüsusi iclası keçirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok