Modern.az

3 ayda 902 əkiz, 54 üçəm doğulub

3 ayda 902 əkiz, 54 üçəm doğulub

Aktual

17 May 2023, 17:50

Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 27 753 doğulan körpə qeydə alınıb.

 

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 11,1-ə düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olmuşdur. Doğulan körpələrdən 902-si əkiz, 54-ü üçəm olub.

Twitter
Sizə yeni tvit var
Keçid et