Modern.az

Əlilliyi olan 20 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan 20 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Aktual

18 May 2023, 11:02

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-aprel aylarında əlilliyi olan 20,1 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, onların mühüm bir hissəsini müharibə ilə əlaqədar əlilliyi olan şəxslər təşkil edib.

 

Müasir reabilitasiya şəraitinin yaradıldığı mərkəzlərdə əlilliyi olan şəxslər səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə də təmin olunublar.

 

Həmin dövr ərzində əlilliyi olan 4499 şəxs 26219 reabilitasiya vasitəsi ilə təmin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et