Modern.az

Əliyev, Putin və Paşinyan görüşəcək - TARİX

Əliyev, Putin və Paşinyan görüşəcək - TARİX

Aktual

18 May 2023, 15:14

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Paşinyan mətbuata açıqlamasında bildirib.

 

O qeyd edib ki, görüş may ayının 25-də Moskvada keçiriləcək. Paşinyan Ermənistan tərəfinin görüş təklifini qəbul etdiyini bildirib.

 

Xatırladaq ki, İlham Əliyev və Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşüb. Növbəti görüşün iyunun 1-də Moldovada keçiriləcəyi gözlənilir.

 

Mayın 19-da isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada görüş keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et