Modern.az

Heydər Əliyev təhsilin keyfiyyətinə xüsusi diqqət yetirirdi - FOTO

Heydər Əliyev təhsilin keyfiyyətinə xüsusi diqqət yetirirdi - FOTO

Aktual

19 May 2023, 09:08

"Heydər Əliyev İli" çərçivəsində YAP Kəlbəcər rayon təşkilatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Gəncə şəhərində fəaliyyət göstərən Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev adına Kəlbəcər rayon 2 saylı tam orta məktəbində 18 may 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar "Heydər Əliyev - Xilaskarlıq missiyası" mövzusunda tədir keçirilib.

 

Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Şərqi Zəngəzur Regional  Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun müdri Namiq Rəcəbov, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin atası Vaqif Əliyev və məktəbin müəllim-şagird kollektivi iştirak etdi.

 

İlk önçə  şagirdlərin əl işlərindən ibarət olan sərgiyə baxış keçirildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Şərqi Zəngəzur Regional  Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun müdri Namiq Rəcəbov çıxış edərək bildirdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra  cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bir canlanma, yeniləşmə nəzərə çarpmağa başladı.“Təhsil millətin gələcəyidir”, - deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə (1993-2003) bu sahənin inkişafına xüsusi diqqət yetirirdi.

 

Respublikanın çox ağır vəziyyətində rəhbərliyə qayıdan Heydər Əliyev bir çox problemləri həll etməklə yanaşı, təhsil sahəsində zamanın tələblərinə uyğun islahatlar həyata keçirməyə başladı.

 

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, Azərbaycan dövlətçiliyinin dünyanın siyasi xəritəsindən silinməsi, parçalanaraq məhv olması təhlükəsi ilə üzləşmişdi. O zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində Azərbaycan məhv olmaq təhlükəsi yaşayırdı.  Ulu öndər Heydər Əliyev milyonlarla insa­nın arzularını ifadə edərək 1993-cü ilin iyun ayında Bakıya gəldi. Nəticə etiba­rilə Azərbaycanda siyasi hakimiyyəti­nin tamamilə fərqli, həlledici bir mər­hələsi start götürdü. Bu gün xalqımız, bütün dünya azərbaycanlıları regionda yeni bir reallıq yaradan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizlə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər ilə hər zaman qürur duyacaqlar.

 

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin atası Vaqif Əliyev çıxış edərək bildirdi ki, Vətən müharibəsində döyüşən cəsur komandirlərdən biri də mənim övladım şəhid Anar Əliyev olub.Vətən müharibəsinin ilk günündən döyüşlərə can atan təcrübəli və peşəkar zabitin səsi-sorağı az sonra Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdən gəlir və hərbi əməliyyatlar zamanı bir çox xüsusi təyinatlı tapşırıqların uğurla yerinə yetirilməsində iştirak edib. 2020-ci il oktyabrın 23-də Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmançasına şəhid olub. Şəhid atası Vaqif Əliyev Şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələri adından  razılığını ifadə etdi.

 

Məktəbin direktoru Vidadi Xudaquliyev çıxış edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

 

Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Vətən müharibəsi Qəhrəmanı Anar Əliyevin atası Vaqif Əliyevə və Partiyanın fəal üzvlərinə diplomlar təqdim edildi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et