Modern.az

Goranboyda aqrar sahə inkişaf etdirilir - FOTOLAR

Goranboyda aqrar sahə inkişaf etdirilir - FOTOLAR

Aktual

19 May 2023, 11:00

Goranboy rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatında aparıcı sahə isə aqrar sektordur. Bu sahənin inkişafının təmin edilməsi məqsədi ilə rayon İcra Hakimiyyəti tərəfindən, aidiyyəti təşkilatlarla əlaqəli iş qurulur, yerlərdə fermer və istehsalçılar  üçün əlvrişli şərait yaradılır. Rayonda son dövrlərdə aqrar sektorda inkişaf etdirilən sahələrdən biri də arıçılıq təsərrüfatıdır.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Fəxralı kəndində fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Nəzdində Arıçılıq Mərkəzində mövcud şəraitlə yerində tanış oldu.

 

Bildiririk ki, Mərkəzdə müasir avadanlıqlarla təhciz olunmuş  xüsusi labaratoriya da fəaliyyət göstərir  və təsərrüfat  83 hektar ərazini əhatə etməklə, burada arıçılıqla yanaşı, taxılçılıq və bağçılıq da inkişaf etdirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et