ABŞ-ın Hərbi Dəniz Donanması Ali Məktəbinin professoru Brenda Şaffer Çikaqo şəhərində yaşayan GunAzTV-nin rəhbəri Əhməd Obalıya qarşı hücumu pisləyib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.
“İran qətlin astanasındadır. Son iki həftə ərzində İranda 60-dan çox adam, o cümlədən İsveç vətəndaşı Həbib Çaab edam edilib. Bu həftəsonu Kaliforniyada Ahmad Obalıya sui-qəsd cəhdi olub. Obali Çikaqodan İrana yayımlanan televiziya kanalını idarə edir”, - Brenda Şaffer qeyd edib.
Onun sözlərinə görə, son iki həftədə İranda edam edilənlərin əksəriyyəti etnik azlıqlardandır.
Şaffer vurğulayıb ki, həyatına sui-qəsd edilən Əhmad Obalı Kaliforniyadakı azərbaycanlıların rəhbəridir. O bildirib ki, İran rejimi ABŞ və avropalılara hücum etməkdən çəkinmir.
Qeyd edək ki, güneyli milli fəal Əhməd Obalı ABŞ-də vəhşicəsinə döyülüb. Qardaşı Araz Obalının sözlərinə görə, hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən bir gün sonra baş verib.
"Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hazırda durumu orta-ağırdır. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. İnşallah ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik", - o vurğulayıb.