Modern.az

F-16-lar müharibədəki vəziyyəti kökündən dəyişməyəcək - Pentaqon

F-16-lar müharibədəki vəziyyəti kökündən dəyişməyəcək - Pentaqon

Aktual

23 May 2023, 00:14

F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi orta müddətli perspektivdə vacibdir.

 

Modern.az "Amerikanın Səsinə" istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələri komandanı Frenk Kendall deyib.

 

O qeyd edib ki, qırıcılar Rusiyanın Ukraynaya qarşı müharibəsində vəziyyəti kökündən dəyişməyəcək. “F-16-nın tədarükü ukraynalılara malik olmadığı imkanlar yaradacaq, lakin bu, vəziyyəti kökündən dəyişməyəcək”, - komandan bildirib.

 

Kendallım sözlərinə görə, indiyədək hərbi hava qüvvələri müharibədə həlledici amil olmayıb: “F-16-lar ukraynalılara kömək edəcək, lakin onlar balansı əsaslı şəkildə dəyişməyəcək”.

 

Amerikalı zabit əlavə edib ki, qırıcıların çatdırılması bir neçə ay çəkəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et