Modern.az

“Açıq mikrofon” aksiyası bu dəfə Qəbələdə - FOTOLAR

“Açıq mikrofon” aksiyası bu dəfə Qəbələdə - FOTOLAR

Aktual

22 May 2023, 17:48

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qəbələ rayonunun sakinləri üçün təşkil olunub.

 

Modern.az xəbər verir ki, həftənin ilk aksiyasında ümumilikdə 5 müraciət ünvanlanıb. Mikrofon önünə keçən abonentlər debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi, qapı keçidinin quraşdırılması, fərdi yaşayış evinin sayğacla təmin edilməsi və qaz sayğacının yenisi ilə əvəzlənməsini xahiş ediblər. 

 

Zaqatala RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

 



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et