Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce xəstəxanaya yerləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında məlumat yayıb.
İnce xəstəxanaya niyə yerləşdirildiyini açıqlamayıb, eyni zamanda haqqında yayılan iddialarının doğru olmadığını bildirib.
Qeyd edək ki, Muharrem İnce seçkilərin ilk turuna bir neçə gün qalmış prezidentliyə namizədliyini geri götürüb.
