Modern.az

Əməyin Mühafizəsi Mərkəzi YARADILIR

Əməyin Mühafizəsi Mərkəzi YARADILIR

Aktual

23 May 2023, 14:44

“Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxs yaradılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

 

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (bundan sonra – Xidmət) mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi iki ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Twitter
Sizə yeni tvit var
Keçid et