Modern.az

Ceff Bezos ikinci dəfə evlənir

Ceff Bezos ikinci dəfə evlənir

Aktual

23 May 2023, 15:33

Amerikalı milyarder, "Amazon" şirkətinin qurucusu Ceff Bezos ikinci dəfə ailə həyatı qurur.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

 

Bildirilir ki, 59 yaşlı milyarder sevgilisi Lauren Sançez ilə nişanlanıb. O, Fransada keçirilən Kann Film Festivalında 53 yaşlı sevgilisinə evlilik təklifi edib.

 

Xatırladaq ki, Bezos 2019-cu ildə 25 illik həyat yoldaşı Makkenzi Skotdan boşanıb. Onların 4 uşağı var.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?