Modern.az

Daha 13 yoluxma - ÖLƏN VAR

Daha 13 yoluxma - ÖLƏN VAR

Aktual

23 May 2023, 16:51

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 403 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 72 nəfərdir.

 

Son sutka ərzində 1 274, hazırkı dövrədək isə 7 613 693 test aparılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et