Modern.az

Edillidən tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitir - RƏSMİ

Edillidən tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitir - RƏSMİ

Aktual

24 May 2023, 13:28

“Hazırda Xocavənd rayonunun Edilli, Füzuli rayonun Yuxarı Əhmədbəyli kəndləri ərazisində tapılan sümük qalıqları ilə bağlı müayinələr aparılır. Edilli ərazisindən tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitmək üzrədir”.

 

Modern.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, sümük qalıqlarının kriminalistik müayinəsi zamanı torpaqda qalma müddəti müəyyən ediləcək və ultrabənövşəyi şüalardan istifadə olunacaq:

 

“Daha sonra DNT nümunələri götürülərək müvafiq şəkildə təqdim ediləcək. Qarşımızda duran vacib məsələlərdən biri onların şəxsiyyətinin müəyyənləşdirilməsi və yaxın qohumlarına təhvil verilməsidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et