Modern.az

20 yaşlı gəncin böyrəyindən 101 ədəd daş çıxarıldı

20 yaşlı gəncin böyrəyindən 101 ədəd daş çıxarıldı

Aktual

24 May 2023, 21:38

Türkiyənin Kocaeli şəhərində 20 yaşlı gənc şiddəli böyrək ağrısı ilə xəstəxanaya müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" nəşri yazıb.

 

İlkin müayinədən sonra onun böyrəyində daş olduğu məlum olub. Həkimlər onun üzərində 3.5 saatlıq əməliyyat keçirib və böyrəyindən 101 daş çıxarılıb.

 

Həkimlər bir böyrəkdə 101 ədəd daşın əmələ gəlməsinin nadir hal olduğunu bildirib. Nəşr qeyd edib ki, mütəxəssislər böyrək xəstəliklərinə qarşı bol su içməyi məsləhət görür.

 

"Gündə iki litr sidik çıxarmaq üçün maye qəbul etdikdə, daş əmələ gəlmə ehtimalı 50-60% azaldır", - məlumatda deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et