Modern.az

Türkiyə vətəndaşı Kürdəmirdə qəzaya düşdü

Türkiyə vətəndaşı Kürdəmirdə qəzaya düşdü

Hadisə

25 May 2023, 09:34

Kürdəmir rayonunda Türkiyə vətəndaşı qəzaya düşüb.

 

Modern.az xəbər verir ki, hadisə Şilyan kəndində qeydə alınıb.

 

Belə ki, Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Mehmet Dəmir motosikletlə hərəkətdə olarkən "VAZ-21011" markalı avtomobillə toqquşub. Nəticədə Mehmet Dəmir müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Yaralı dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok