Azərbaycanda mayın 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, axşam cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun gecə 16-21°, gündüz 25-30° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı bildirilir.