Modern.az

Leysan Goranboya ciddi ziyan vurub - FOTOLAR

Leysan Goranboya ciddi ziyan vurub - FOTOLAR

Aktual

26 May 2023, 17:33

Goranboy Rayon İcra Hakimiyyəti mayın 26-da rayon ərazisində baş vermiş təbii fəlakətlə bağlı məlumat yayıb.

 

İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, 26.05.2023-cü il tarixdə günorta saatlarında, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi, Börü, Meşəli, Yenikənd və Qaraçinar kəndlərində leysan yağışı nəticəsində Qaraçay çayında suyun səviyyəsi artıb.

 

Yaranan sel suları 3 fərdi yaşayış evinin  həyətinə dolub, 14 baş iri buynuzlu mal-qaraya və 100 ədəd ev quşlarına ziyan vurub.

 

RİH yanında Fövqəladə Hallar Komissiyasının üzvləri, əraziyə müvafiq texnikalar cəlb edilməklə Aşağı Ağcakənd qəsəbəsi və Börü kəndində avtomobil yollarının bərpa edilməsi istiqamətində operativ işlər aparır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…