Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı prezident seçkilərinin ikinci turunda səs verib.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, partiya üzvləri ilə birlikdə Anıttəpə orta məktəbinə gələn Baxçalı 1296 saylı seçki qutusunda səs verib.
MHP sədri səsvermədən sonra media nümayəndələrinə açıqlama verib.
"Yeni əsrin ilk seçkisi bu gün tamamlandı. Türk milləti yetkinlik çağında bir seçki dövrü yaşadı. Allahdan millətimiz üçün xeyirli olmasını diləyirəm”, - Dövlət Baxçalı deyib.
Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.
Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.