Türkiyədə prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda keçirilən səsvermədə istifadə edilən seçki bülletenlərinin 26.67%-i sayılıb.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
İlkin məlumata görə, Azərbaycanda seçici fəallığı 37.1% olub.
İlkin nəticələrə əsasən, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 51.42%, CHP sədri Kemal Kılıçdaroğlu 58.58% səs toplayıb.
***
19:55
Türkiyədə prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
İlkin məlumata görə, Azərbaycanda seçici fəallığı 31.7% olub.
Hazırda səslərin 20%-i sayılıb. Bu nəticələrə əsasən, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 45.7%, CHP sədri Kemal Kılıçdaroğlu 54.29% səs toplayıb.
Qeyd edək ki, seçkilərin ilk turunda Azərbaycanda 6650 Türkiyə vətəndaşı səs verib və seçici aktivliyi 60.26% təşkil edib. Yekun nəticələr aşağıdakı kimi olub:
Rəcəb Tayyib Ərdoğan - 49.42%
Kemal Kılıçdaroğlu - 41.92%
Sinan Oğan - 6.42%
Muharrem İnce - 2.24%