Modern.az

Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi - Türkiyə mediası

Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi - Türkiyə mediası

Aktual

28 May 2023, 21:45

Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsinə Türkiyə mediasında geniş yer verilib.

 

Modern.az xəbər verir ki, Türkiyənin əksər televiziyaları və tanınmış xəbər agentlikləri bu xəbəri işıqlandırıb. Türkiyə mediası Prezident İlham Əliyevin təbrikini “Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi” başlığı ilə yayıb.

 

Türkiyə mediası Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət etməsini də xüsusi vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et