Modern.az

Sahibə Qafarovadan Türkiyə liderinə TƏBRİK

Sahibə Qafarovadan Türkiyə liderinə TƏBRİK

Aktual

28 May 2023, 23:32

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.

 

Modern.az xəbər verir ki, spiker bu barədə tvitterdə bildirib.

 

“Qardaş Türkiyədə keçirilən prezident seçkilərində cənab Rəcəb Tayyib Ərdoğan və Cümhur  ittifaqı tərəfindən qazanılan qələbə münasibətilə səmimi təbriklərimi çatdırıram”, - deyə spiker vurğulayıb.

 

Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52%-nin dəstəyini qazanaraq növbəti dəfə prezident seçilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!