Modern.az

Minskin Milli Kitabxanası bayrağımızın rəngləri ilə işıqlandırıldı

Minskin Milli Kitabxanası bayrağımızın rəngləri ilə işıqlandırıldı

Aktual

29 May 2023, 13:55

Belarusun paytaxtı Minskin əsas rəmzlərindən olan Milli Kitabxananın binası Azərbaycan Respublikasının Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

 

Modern.az xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyinin və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 28 May - Müstəqillik Günü münasibətilə təşkil olunub.

 

Mayın 28-də axşam saatlarından etibarən Milli Kitabxananın binası göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

 

Videoproyeksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et