Modern.az

Bakıya səfər mənim üçün həyata keçən arzudur - İsxak Hersoq

Bakıya səfər mənim üçün həyata keçən arzudur - İsxak Hersoq

Aktual

30 May 2023, 16:44

Bizim əlaqələrimizin dərin kökləri var.

 

Modern.az xəbər verir ki, bunu İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

 

“Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır”, - deyə İsrail Dövlətinin başçısı əlavə edib.

 

İsxak Hersoq bildirib ki, bu səfər İsrail xalqı üçün və Azərbaycan xalqı ilə İsrail xalqı arasında birgə əlaqələr baxımından böyük əhəmiyyət kəsb edir: "Azərbaycana səfər etmək mənim üçün və millətim üçün həyata keçən arzudur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et