“WhatsApp” messencerində yeni funksiya sınaqdan keçirilir.
Modern.az xəbər verir ki, bu barədə messencerin bloqunda məlumat yerləşdirilib.
Bildirilib ki, yeni funksiya istifadəçilərə ekranı digərləri ilə paylaşmağa imkan verəcək. Tətbiqdə idarəetmə paneli də dəyişəcək və ekran paylaşımı üçün yeni düymə görünəcək. Beləliklə, istifadəçi icazə verdikdə ekranda görünəcək məlumatları digər istifadəçi də görə biləcək.
Yenilik hazırda yalnız "Android" üçün beta versiyada mövcuddur. Ekran paylaşımı köhnə əməliyyat sistemlərində, "WhatsApp"ın ən son versiyasını quraşdırmamış istifadəçilər və ya qrup zəngləri üçün işləməyə bilər.
Ekran paylaşımı funksiyası aktiv edilən zaman "WhatsApp" həssas məlumatları digər istifadəçilərə göstərməmək barədə xəbərdarlıq edəcək.