Modern.az

Putin və Zelenski Türkiyəyə GEDİR

Putin və Zelenski Türkiyəyə GEDİR

Aktual

31 May 2023, 10:40

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin Türkiyəyə səfəri gözlənilir.

 

Modern.az “CNN Turk”ə istinadən xəbər verir ki, Putin və Zelenskinin yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də keçiriləcək andiçmə mərasimdə iştirak edəcəyi iddia olunur. 

 

Səfər ərəfəsində Ərdoğanın hər iki liderlə ayrı-ayrılıqda görüş keçirəcəyi deyilir. Görüşlərdə əsas müzakirə mövzusu taxıl dəhlizi və Ukraynadakı müharibənin gedişatı olacaq. 

 

Hələlik səfərlə bağlı rəsmi açıqlama verilməyib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et