Modern.az

Goranboyda uşaq festivalı keçirilib - FOTOLAR

Goranboyda uşaq festivalı keçirilib - FOTOLAR

Aktual

1 İyun 2023, 15:34

Goranboy şəhəri şəhid Şamil Quliyev adına 1 nömrəli körpələr evi-uşaq bağçasında “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” nə həsr olunmuş  uşaq festivalı keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, deputat Anar Məmmədov, bir qrup ictimai fəal, şəhid ailələri, qazilər, şəhid və qazi övladları və əlaqədar təşkilatların nümayəndələri iştirak etdilər.

 

Uşaqların hazırladığı əl işlərini, şən musiqi və  rəqs nümunələrini, maraqlı səhnəcikləri izləyən icra başçısı və deputat onları “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə bağlı təbrik edərək gələcək həyatlarında uğurlar arzuladılar.

 

Whatsapp
Bizə yazın!
Keçid et