Modern.az

Ombudsman sığınacaqda yaşayan uşaqlarla görüşdü

Ombudsman sığınacaqda yaşayan uşaqlarla görüşdü

1 İyun 2023, 23:25

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən qadın və uşaq sığınacağında olub.

 

Bu barədə Modern.az-a Ombudsman Aparatından bildirilib.

 

Ombudsman müəssisə ilə tanış olub, orada yaşayan qadın və uşaqlarla söhbət edərək onların hüquqlarının təmini vəziyyəti ilə maraqlanıb.

 

Daha sonra ictimai birliyin rəhbəri M.Zeynalova sığınacağın fəaliyyəti barədə S.Əliyevaya məlumat verib.

 

Sonda Ombudsman tərəfindən uşaqlara hədiyyələr təqdim olunub

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir