Modern.az

Prokurorluq orqanlarında çalışan qadınların sayı açıqlandı

Prokurorluq orqanlarında çalışan qadınların sayı açıqlandı

Aktual

2 İyun 2023, 12:44

"Hazırda prokurorluq orqanlarında 470 qadın əməkdaş fəaliyyət göstərir".

 

Modern.az xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

 

O bildirib ki, həmin əməkdaşların 99-u prokurorluğun əməliyyat işçiləridir: "Onlardan 207-si dövlət qulluqçusu, 127-si müqavilə əsasında və 37-si hərbi qulluqçu qismində fəaliyyət göstərirlər. Ümumilikdə 10 nəfər qadın rəhbər vəzifədə işləyirlər. Həmin xanımlar prokurorluqda gender bərabərliyinin təmin edilməsində öz səylərini əsirgəmir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et