Modern.az

Şuşada kütləvi məzarlıq aşkarlandı - FOTO

Şuşada kütləvi məzarlıq aşkarlandı - FOTO

3 İyun 2023, 13:16

Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib.

 

Modern.az xəbər verir ki, kütləvi məzarlıq Şuşa həbsxanasının ərazisində tapılıb.

 

Bu, bir daha onu göstərir ki, Şuşa həbsxanasında azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işgəncələr verilib, orada amansız zorakılıqlar törədilib. Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir.

 

Xatırladaq ki, daha əvvəl Başlıbel, Edilli, Fərrux ərazilərində də kütləvi məzarlıqlar aşkar edilmişdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var