Modern.az

Aktiv xəstə sayı 36-ya düşdü - Cəmi 1 yoluxma

Aktiv xəstə sayı 36-ya düşdü - Cəmi 1 yoluxma

Aktual

5 İyun 2023, 16:36

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 549 nəfər müalicə olunaraq sağalıb, 10 277 nəfər vəfat edib, aktiv xəstə sayı 36 nəfərdir.

 

Son sutka ərzində 454, hazırkı dövrədək isə 7 626 672 test aparılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et