Modern.az

Hündürlükdən dərəyə yıxılan şəxs xilas edildi - VİDEO

Hündürlükdən dərəyə yıxılan şəxs xilas edildi - VİDEO

Aktual

7 İyun 2023, 10:46

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində “Qızlar bulağı” adlanan ərazidə 1 nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2003-cü il təvəllüdlü vətəndaş dərinliyi təqribən 5-6 metr olan dərəyə yıxılaraq təhlükəli vəziyyətdə qalıb.

 

Xilasedicilər zərərçəkmişə ilkin yardım göstərərək xüsusi xilasetmə vasitələri ilə dərədən çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!