Modern.az

Cəfər Hüseynzadə NATO PA-nın Baş katibi ilə görüşüb

Cəfər Hüseynzadə NATO PA-nın Baş katibi ilə görüşüb

Aktual

8 İyun 2023, 14:58

Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Parlament Assambleyasının Baş katibi Ruxandra Popa ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "Twitter" hesabında bildirib.

 

"Görüşdə Azərbaycan Parlamenti və NATO Parlament Assambleyası arasında əməkdaşlıq, may ayında NATO PA-nın Lüksemburqda keçirilən yaz sessiyasında Azərbaycan Parlamentinin üzvlərini iştirakı, eyni zamanda bu ilin payızında ATƏT PA-nın Danimarkada keçiriləcək illik payız sessiyası barədə danışdıq.

 

Biz, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Şərqlə Qərb arasında tranzit və əlaqələnmədə Azərbaycanın rolu, o cümlədən Azərbaycan-Ermənistan arasında normallaşma prosesi ilə bağlı fikir mübadiləsi apardıq", - Cəfər Hüseynzadə paylaşımında qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et