Modern.az

Axtarışda olan 247 nəfər saxlanılıb

Axtarışda olan 247 nəfər saxlanılıb

Aktual

9 İyun 2023, 09:36

İyunun 8-də ölkə ərazisində qeydə alınan 84, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 247, o cümlədən borclu şəxs qismində axtarışda olan 209 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et