Modern.az

Muxtar Babayev Ann Lariqardla görüşüb

Muxtar Babayev Ann Lariqardla görüşüb

Aktual

9 İyun 2023, 09:49

Almaniya Federativ Respublikasının Bonn şəhərində 5-15 iyun tarixlərində keçirilən  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının köməkçi orqanının 58-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti plenar iclaslarda iştirak edir, ikitərəfli görüşlər keçirir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı Modern.az-a bildirib ki, bioloji müxtəliflik və ekosistem xidmətləri üzrə beynəlxalq elmi-siyasi platformanın (İPBES) baş katibi xanım Ann Lariqard ilə görüş zamanı  Azərbaycanda bioloji müxtəlifliyin qorunması sahəsində əldə edilmiş nailiyyətlər və İPBES ilə əməkdaşlıq məsələləri müzakirə edilib. 

 

Eyni zamanda, görüşdə yeni çapdan çıxmış Azərbaycan Respublikası "Qırmızı kitabı"nın 3-cü nəşri barədə də məlumat verilib və biomüxtəlifliyin qorunması sahəsində kitabın beynəlxalq əhəmiyyəti qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et