Modern.az

Biləsuvarda su kəsiləcək

Biləsuvarda su kəsiləcək

Aktual

11 İyun 2023, 01:18

Biləsuvar rayonunun mərkəzində və 3 kənddə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Bildirilib ki, yağan intensiv yağışlar Kür çayında suyun bulanıqlığını artırıb və nəticədə rayona verilən içməli suyun təmizlənməsində ciddi fəsadlar yaranıb. Fəsadların aradan qaldırılması məqsədilə Biləsuvar şəhərində 5200, Zəhmətabad, Bəydili, Xırmandalı kəndlərində isə 900 abonentin bu gün və sabah gün ərzində içməli su ilə təminatında fasilə yaranacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et