Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfəri başlayıb.
Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Onu səfərdə xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, prezidentin kommunikasiya direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün və Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik müşayiət edir.
***
09:48
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kipr Türk Respublikasına səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla görüşəcək. Onun Türkiyənin Kipr problemi və Şərqi Aralıq dənizindəki yol xəritəsi ilə bağlı çıxış edəcəyi gözlənilir.
Türkiyə liderinin xaricə səfərləri bu gündən başlayır. Həmçinin qeyd olunub ki, Ərdoğan sabah Azərbaycana səfər edəcək.