Modern.az

Deputat məmurlardan şikayətləndi - Telefonlara cavab vermirlər

Deputat məmurlardan şikayətləndi - Telefonlara cavab vermirlər

Aktual

12 İyun 2023, 11:20

"Dövlət qurumlarında şəhər telefonlarına cavab vermirlər”.

 

Modern.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi üzrə tədbirdə deputat Etibar Əliyev deyib.

 

O, dövlət qurumlarının xidmətlərindən narazı olduğunu bildirib: “Tək mən yox, digər deputatlar da, Milli Məclisdə bu məsələni qaldırıb. Konkret olaraq, mənim məmnunluq səviyyəm məhkəmə sistemindən, təhsildən, səhiyyədən, icra hakimiyyəti orqanlarından, Ali Attestasiya Komissiyasından aşağıdır, razı deyiləm. Zaman baxımından sorğulara ya cavab vermirlər, ya da baxılmaq üçün aşağı təşkilata göndərirlər. Vətəndaşı çağırıb deyirlər ki, bu bizim səlahiyyətimiz çərçivəsində deyil”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et