Modern.az

Qardaşların böyük görüşü bu gün baş tutacaq - SƏFİR

Qardaşların böyük görüşü bu gün baş tutacaq - SƏFİR

Aktual

12 İyun 2023, 15:44

“Qardaşların böyük görüşü və qucaqlaşması bu gün baş tutacaq”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.

 

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərini gözlədiklərini qeyd edib.

 

Qeyd edək ki, Ərdoğan bu gün Şimali Kiprdə səfərdədir. Onun ölkəmizə dövlət səfərinə gələcəyi gözlənilir.

Twitter
Sizə yeni tvit var
Keçid et