“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyətinin təşklatşılığı ilə Goranboy şəhər Mədəniyyət evində “Heydər Əliyev-əsrin adamı” mövzusunda konfrans keçirilib.
Modern.az xəbər verir ki, konfrans iştiraqkçıları öncə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.
Konfransda, RİH-nin başçısı Məhərrəm Quliyev, AMEA-nın Gəncə bölməsinin sədri Akademik Fuad Əliyev, rayonun digər rəhbər şəxsləri, ziyalılar və bir qrup ictimai fəallar iştirak ediblər.





