Ukraynanın əks-hücum əməliyyatları zaman Rusiya 54 tank itirib.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi müxbirlərlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, Ukrayna iyunun 4-dən geniş əks-hücum əməliyyatlarına başlayıb. Əməliyyatlar zamanı Rusiya 54 tank itirib. Putin eyni zamanda qeyd edib ki, Ukrayna tərəfinin 160 tankı, 360 zirehli maşını məhv edilib.
Bundan əlavə, Rusiya lideri ölkənin bütün ərazisində hərbi vəziyyət, eləcə də yenidən səfərbərlik elan edilməsinə ehtiyac olmadığını bildirib.
Putin, həmçinin Rusiya regionlarının atəşə tutulması davam etdiyi təqdirdə, Ukrayna ərazisində sanitar zona yaradılacağını diqqətə çatdırıb.