Modern.az

Masallıda itkin düşən yeniyetmə qız tapıldı

Masallıda itkin düşən yeniyetmə qız tapıldı

Aktual

14 İyun 2023, 10:13

Bir neçə gün əvvəl itkin düşən Masallı rayonunun Ərkivan qəsəbə sakini, 16 yaşlı S.Şirinovanın Lənkəran şəhərində olduğu müəyyən edilib.

 

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a bildirilib ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub və ailəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et