Qəbələ rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimində iştirak etmək üçün Baş prokuror Kamran Əliyev Qəbələyə səfər edib.
Modern.az xəbər verir ki, açılış mərasimindən öncə Baş prokuror Kamran Əliyev ulu öndər Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edib.
Açılış mərasimindən sonra Qəbələ şəhərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasının keçirilməsi nəzərdə tutulub.
