Modern.az

Agentliyin yeni elektron xidməti fəaliyyətə başlayıb

Agentliyin yeni elektron xidməti fəaliyyətə başlayıb

Aktual

14 İyun 2023, 11:36

Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan Apellyasiya Şurasının Elektron Portalı yaradılıb.

 

Modern.az xəbər verir ki, layihənin məqsədi sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi, Apellyasiya Şurasına müraciət edilməsi, sənədləşmə prosesində müraciətçilərin, iş üzrə tərəflərin və ya Apellyasiya Şurası üzvləri tərəfindən kargüzarlığın aparılması ilə bağlı işlərin elektronlaşdırılması, sürətləndirilməsi və effektivliyinin artırılmasıdır.

 

Qeyd edək ki, bu elektron xidmət Agentliyin daxili resursları hesabına hazırlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et