Modern.az

Azərbaycan-Türkiyə münasibətlərini qibtə ilə izləyirlər - Ərdoğan

Azərbaycan-Türkiyə münasibətlərini qibtə ilə izləyirlər - Ərdoğan

Aktual

15 İyun 2023, 00:18

Dünya Azərbaycan və Türkiyə arasındakı münasibətləri qibtə ilə izləyir.

 

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasından sonra ictimaiyyətə açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Onun sözlərinə görə, ölkələr bütün məsələlərdə hər zaman bir-birinin yanındadır:

 

"Nə zaman Azərbaycanın başı dara düşsə, ilk yardıma qaçan biz olduq. Biz də nə vaxt ehtiyacımız olsa, azərbaycanlı qardaşlarımızı yanımızda gördük. 6 fevral zəlzələrində küçədəki vətəndaşından dövlət başçısına qədər Azərbaycanın sərgilədiyi mövqeni əsla unutmayacağıq. Avtomobilinin üzərinə varını-yoxunu yığaraq yollara düşən, qızının cehizini zəlzələdən zərər çəkənlərə bağışlayan, bizimlə sevinib, bizimlə ağlayan böyük ürəkli insanları daim şükürlə və ehtiramla yad edəcəyik".

 

Ərdoğanın sözlərinə görə, Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə ticarət həcminin 15 milyard dollara çıxarılması barədə qərar veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et