Türkiyədə torpaq davası ölümə səbəb olub.
Modern.az "Haberturk"ə istinadən xəbər verir ki, Diyarbəkirin Bismil rayonunda torpaq mübahisəsi zəminində iki ailə arasında dava düşüb. Hadisə zamanı 7 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Hadisə ilə əlaqədar kənddə jandarma tərəfindən təhlükəsizlik tədbirləri görülüb.
Diyarbakır valisi Əli İhsan Su insident zamanı 7 nəfərin hadisə yerində, bir nəfərin isə xəstəxanada öldüyünü açıqlayıb. Vali qeyd edib ki, xəstəxanada olan 3 nəfərin vəziyyətləri normaldır.