Modern.az

Naxçıvanda çimərlik mövsümünə start verildi - FOTOLAR

Naxçıvanda çimərlik mövsümünə start verildi - FOTOLAR

Aktual

15 İyun 2023, 14:16

Naxçıvanda növbəti çimərlik mövsümünə start verilib.

 

Modern.az xəbər verir ki, Uzunoba İstirahət Mərkəzində keçirilən açılış tədbirində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şahin Mirzəyev, gənclər və idman naziri Ramil Hacı çıxış edərək 15 İyun Milli Qurtuluş Günü münasibəti xalqımızı təbrik ediblər.

 

Çıxışlarda bildirilib ki, muxtar respublikada istirahət yerlərindən biri olan Uzunoba Su Anbarında yaradılan çimərlik istirahət zonasında təhlükəsizlik tədbirləri görülüb, su və digər idman növləri üzrə yarışların, eləcə də müxtəlif tədbirlərin keçirilməsinə şərait yaradılıb. Qeyd edək ki, quru sahəsinin uzunluğu 233 metr olan çimərliyə əlavə olaraq qum verilib.

 

Burada Fövqəladə Hallar Nazirliyinin təlim və kurslarda iştirak etmiş xilas­etmə qrupu ərazidə xidmət aparacaq. Əraziyə müvafiq xəbərdaredici və qadağanedici nişanlar qoyulub, suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən məhdudlaşdırıcı şarlar quraşdırılıb. Çimərlik saat 9:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et