Modern.az

ABŞ hökumətinə qarşı genişmiqyaslı kiberhücum

ABŞ hökumətinə qarşı genişmiqyaslı kiberhücum

Aktual

15 İyun 2023, 23:26

ABŞ-ın bir neçə hökumət qurumu haker hücumuna məruz qalıb.

 

Modern.as xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 

Kiberhücumun arxasında kimin dayandığı hələlik məlum deyil. Hücum geniş istifadə olunan proqram təminatındakı boşluqdan istifadə edilməklə həyata keçirilib.

 

Qeyd olunur ki, bu, ilk belə hal deyil. Genişmiqyaslı haker hücumu iki həftə əvvəl başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et