Modern.az

BSU-da yaz semestrinin imtahan sessiyası davam edir

BSU-da yaz semestrinin imtahan sessiyası davam edir

Aktual

16 İyun 2023, 12:08

Bakı Slavyan Universitetində (BSU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.

 

İmtahanlarda bakalavr və magistratura səviyyələri üzrə ümumilikdə BSU-da təhsil alan 4665 tələbədən 3868-i iştirak edir.  İyunun 1-dən başlayan və əyani formada təşkil olunan sessiyada bu günədək 761 imtahan keçirilib. İlk dəfə olaraq əsas tədris binasında keçirilən imtahanalar mərkəzləşdirilmiş qaydada təşkil olunub.

 

BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib. 

 

Qeyd edək ki, iyulun 6-dək davam edəcək imtahan sessiyasında ümumilikdə 1416 imtahanın keçirilməsi nəzərdə tutulub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et