Modern.az

Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edildi 

Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edildi 

Aktual

19 İyun 2023, 22:37

Bu gün dənizdə 4 nəfər batma təhlükəsi ilə üzləşib.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” sularda xilasetmə məntəqəsi ərazisində və “Zuğulba-3” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et